Tətbiq vasitəsi ilə SR Group şirkət və şirkətlər qrupu daxilində çalışan əməkdaşların siyahısını görə bilərsiniz. Əməkdaşın profili səhifəsində onun çalışdığı şirkətin adı, departamenti, vəzifəsi və eyni zamanda e-poçt ünvanı, IP telfoniya nömrəsi, korporativ nömrəsi əks olunur. Tətbiqin açılış səhifəsində əməkdaşı axtara, ona zəng edə və e-poçt hesabına məktub göndərə bilərsiniz. Şəxsi profil səhifənizdə bəzi məlumatlarınızı redaktə edə, eyni zamanda şifrənizi yeniləyə bilərsiniz.